Soydaşımız İsveçin milli bayramını təbrik edib

11 iyun, 2025

Soydaşımız İsveçin milli bayramını təbrik edib

İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Stokholm üzrə koordinatoru, İsveçdəki “Qarabağ” Cəmiyyətinin üzvü Aida Amir Haşimi İsveçin Milli Günü münasibətilə həmin ölkənin hökumətinə və yerli ictimaiyyətinə təbrik məktubu ünvanlayıb.

İsveç xalqına davamlı sülh, firavanlıq və tərəqqi arzulanıb, orada yaşayan azərbaycanlıların ölkənin sosial və mədəni həyatına verdiyi töhfələr, müxtəlif sahələrdə əldə etdiyi uğurlar, fəal vətəndaş mövqeyi diqqətə çatdırılıb.

Məktubda, həmçinin İsveçdəki Azərbaycan mədəniyyət birliklərinin mədəni mübadilə, inteqrasiya və mədəniyyətlərarası əməkdaşlığı gücləndirmək istiqamətində həyata keçirdiyi  layihələrə verilən dəstəyə görə təşəkkür ifadə edilib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər