Soydaşımız Avropa çempionatına vəsiqə qazanıb

14 sentyabr, 2024

Soydaşımız Avropa çempionatına vəsiqə qazanıb

Gürcüstanın Qabal kəndindən yaşayan soydaşımız Xuraman Qasımova Polşada keçirilən paralimpiya yarışlarında Gürcüstanı təmsil edib.

19 yaşlı  Xuraman Qasımova yarışda kikboks idman növü üzrə döyüşdə Polşalı və Ukraynalı rəqiblərinə qalib gələrək finala vəsiqə qazanıb. Zədəsinə görə final yarışına çıxa bilməyən soydaşımız gümüş medalla mükafatlandırılıb.

Gənc idmançı bununla da Avropa çempionatına vəsiqə əldə edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər