Soydaşımız 2024 ABŞ Açıq Cüdo Çempionatının qalibi olub

4 sentyabr, 2024

Soydaşımız 2024 ABŞ Açıq Cüdo Çempionatının qalibi olub

ABŞ-nin Florida ştatının Fort Loderdeyl şəhərində keçirilən 2024 ABŞ Açıq Cüdo Çempionatında həmyerlimiz 1-ci yeri tutub.

Kanadada yaşayan soydaşımız Vəsfi Əliyev “veteran” dərəcəsi üzrə 100 kq-dan yuxarı çəkili cüdoçular arasında ipponla rəqiblərinə qalib gəlib.  

O, həmçinin çempionat çərçivəsində 70 kq çəki dərəcəsində U18 yaş qrupunda çıxış edən qızı Emiliya Əliyevanın məşqçisi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Vəsfi Əliyev cari ilin 23-26 may tarixində Monreal şəhərində baş tutan Kanada Milli Çempionatının da qalibi olub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər