Rustavi Təhsil və Mədəniyyət Mərkəzində yeni dərs ili başlayıb
14 sentyabr, 2024Gürcüstanda fəaliyyət göstərən Rustavi Təhsil və Mədəniyyət Mərkəzində yeni dərs ili başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəklədiyi “Rustavi şəhərinin azərbaycanlı əhalisinə təhsil və mədəni xidmət göstərilməsi” layihəsi çərçivəsində təşkil edilmiş Azərbaycan, gürcü və ingilis dili kurslarının fəaliyyəti bu il də davam edəcək. Mərkəzdə müxtəlif mədəni tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
Keçən tədris ilində dil kurslarında 180 nəfər iştirak edib. Bu il isə 228 nəfər təhsil alacaq. Mərkəzin səmərəli fəaliyyət göstərməsi üçün hər cür lazımi şərait yaradılıb.
“Müasir dünyada xarici dil bilgisinə tələbat ildən-ilə artır. Dil bilgisi təkcə elmin qapısını asan açmaq, intellektual səviyyəni yüksəltmək, səyahətə çıxdığın başqa ölkədə sıx ünsiyyət yaratmaq üçün faydalı deyil. Çox dil bilən öz bilgisindən biznes məqsədilə yararlana, özünə karyera qura bilər. Bu səbəbdən xarici dilləri öyrədən kursların təkmil fəaliyyəti vacibdir”- deyə Mərkəzin rəhbəri Raida Dərziyeva bildirib.
Foto qalereya
Digər xəbərlər