Moldova Prezidenti soydaşımızı medal ilə təltif edib

20 dekabr, 2024

Moldova Prezidenti soydaşımızı medal ilə təltif edib

Moldova Respublikasının Prezidenti Maya Sandu ölkə qarşısında xüsusi xidmətlərinə və yüksək peşəkarlıq bacarıqlarına görə bir sıra şəxslərə fəxri adlar, medallar təqdim edib.

Təltif olunanlar sırasında Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov da var. Soydaşımız Moldova-Azərbaycan dostluğu və əməkdaşlığının, habelə mədəniyyətlərarası dialoqun inkişafında fəal iştirakına görə Moldova Respublikasının “Vətəndaş xidmətlərinə görə” medalına layiq görülüb.

Moldova Prezidenti təltiflərin təqdimetmə mərasimində çıxış edərək fəxri ad və medal alanların işini yüksək qiymətləndirib, onların cəmiyyətin, ölkənin birliyində, inkişafında mühüm rol oynadıqlarını vurğulayıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər