Prezident Administrasiyası dövlət qurumlarının ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarının Türkiyəyə səfərini təşkil edib
13 oktyabr, 2023![Prezident Administrasiyası dövlət qurumlarının ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarının Türkiyəyə səfərini təşkil edib](https://diaspor.gov.az/upload/20231013055405_turkiye_(1).jpg)
Azərbaycan Respublikasında dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin dəvəti ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri təşkil edilib.
Səfərin ilk günü oktyabrın 11-də Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsində görüş keçirilib.
Görüşlər zamanı Azərbaycan və Türkiyə arasında informasiya və dövlət kommunikasiyası sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.
Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məsul nümayəndələri tərəfindən ictimai diplomatiya, media yayımı, xarici media ilə əlaqələr, dezinformasiya ilə mübarizə, Türkiyə brendi, kommunikasiya sahəsində insan resurslarının idarə edilməsi mövzularında təqdimatlar edilib.
Nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri davam edir. Səfər çərçivəsində Türkiyə Respublikasının dövlət qurumlarında görüşlər keçiriləcək.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı da təmsil olunur.
Foto qalereya
Digər xəbərlər