Polşadakı Azərbaycan Mədəniyyət Mərkəzində ödənişsiz “Polyak dili kursu” keçirilir

22 may, 2024

Polşadakı Azərbaycan Mədəniyyət Mərkəzində ödənişsiz “Polyak dili kursu” keçirilir

"Xarı Bülbül" Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyası Polşada yaşayan azərbaycanlılar üçün ödənişsiz şəkildə "Polyak dili kursu" təşkil edib. Dərslər Polşanın Krakov şəhərində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində (Azərbaycan Evi) əyani şəkildə keçirilir.

Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin ən çox qarşılaşdığı problemlərdən biri dil baryeri olduğu üçün onların yerli ictimaiyyətə sıx inteqrasiyasına kömək məqsədilə belə layihələrin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Dərsləri həmyerlimiz, təlimçi Akşin Əkbərov tədris edir. Azərbaycan Dillər Universitetinin məzunu olan Akşin Əkbərov polyak dili ilə yanaşı ingilis, ərəb və rus dillərini də mükəmməl bilir.

Dərslərə sıfırdan başlayan tələbələr artıq polyak dilində özlərini sərbəst şəkildə ifadə edirlər. Tədris müddətində keçirilən sorğu zamanı tələbələr kursu müsbət qiymətləndirib və bu kimi kursların yararlı olduğunu vurğulayıblar.

Qeyd edək ki, hal-hazırda Azərbaycan Mədəniyyət Mərkəzində bundan başqa əyani və onlayn şəkildə “Python” proqramlaşdırma dili kursu da keçirilir.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər