Nyu Yorkda “İpək Yolu–2025” beynəlxalq festivalı keçirilib

10 iyun, 2025

Nyu Yorkda “İpək Yolu–2025” beynəlxalq festivalı keçirilib

ABŞ-nin Nyu York şəhərində yerləşən “Okeana” teatrında “İpək Yolu–2025” beynəlxalq festivalı keçirilib.

Festival “My Way” (“Mənim Yolum”) Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin təşkilatçılığı, Nyu Yorkun şəhər mədəniyyət departamenti, Şəhər Şurası qubernatorunun dəftərxanası, Ştat üzrə Qanunvericilik Məclisi və digər dövlət qurumlarının birgə tərəfdaşlığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə  gerçəkləşdirilib.

Tədbirdə Azərbaycan, Gürcüstan, Çin, Monqolustan, Hindistan, Qazaxıstan, Özbəkistan, İsrail, Türkiyə və digər ölkələrin musiqiləri, rəqsləri təqdim olunub.  ABŞ-nin Nyu York, Nyu Cersi, Meyn, Kaliforniya ştatlarından olan 200-dən çox etnik qrupun  yaradıcı kollektivi öz məharətini nümayiş etdirib. Konserti 1100-dən çox tamaşaçı izləyib.

Tədbirdə “My Way” (“Mənim Yolum”) Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəqs qrupu Qafqaz rəqsləri, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Sound of Fire” (“Alovun Səsi”) nağara qrupu musiqi nömrələri, Meyn ştatından olan soydaşımız Səbinə Nəcəfova isə “Uzundərə” rəqsi ifa edib.

Tədbirin sonunda festivalın təşkilatçısı – “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlovaya  Nyu York Şəhər meri Erik Adams ( Erik Adams), Nyu York Şəhər Assambleyasının üzvü Maykl  Novaxov ( Michael Novakhov), Nyu York Şəhər senatı Stefan T. Çan (Stephan T.Chan), Nyu York Şəhər Assambleyasının üzvü Uilyam Koltonun (William Colton) adından sertifikatlar təqdim olunub.

Alyona Bədəlova göstərilən dəstəyə görə təşkilatçılara və Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər