Lyublyana küçələrində Xocalı soyqırımı ilə bağlı maarifləndirmə aksiyası keçirilib

27 fevral, 2024

Lyublyana küçələrində Xocalı soyqırımı ilə bağlı maarifləndirmə aksiyası keçirilib

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Sloveniyanın paytaxtı Lyublyana şəhərində maarifləndirmə aksiyası baş tutub. Azərbaycan Türk Mədəniyyət Assosasiyasının təşkilatçılığı ilə şəhərin mərkəzi küçələrində yerləşən 18 rəqəmsal LED ekranda 24 saat ərzində “Xocalını unutmayaq” posteri nümayiş olunub.  Assosasiyadan bildirilib ki, Xocalı soyqırımının 32-ci ildönümünü ilə əlaqədar rəqəmsal LED ekranlarda QR kodlu posterlər yerləşdirməkdə əsas məqsəd yerli ictimaiyyətin diqqətini erməni vəhşiliyinə çəkmək olub.

Qeyd edək ki, maarifləndirmə aksiyası Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Avstriyadakı və Sloveniyadakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər