Daşkənddə keçirilən seçkilərdə həmyerlimiz bələdiyyə sədri seçilib

22 avqust, 2024

Daşkənddə keçirilən seçkilərdə həmyerlimiz bələdiyyə sədri seçilib

Özbəkistanın Daşkənd şəhərinin Mirzo Uluqbek qəsəbəsində bələdiyyə sədri seçkiləri keçirilib. Sözügedən qəsəbə şəhərin infrastruktur mövcudluğu baxımından ən zəngin, iqtisadi cəhətdən qabaqçıl qəsəbələrdən biri sayılır.

Həmyerlimiz Qalib Müslümovun da iştirak etdiyi seçkidə 110 nəfər millət vəkillərinin nümayəndələri iştirak edib.

Seçki nəticələrinə əsasən seçicilər etimad göstərərək həmyerlimizi bələdiyyə sədri seçiblər.

Qeyd edək ki, Q.Müslümov Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi diaspor təşkilatının Daşkənd vilayəti üzrə İdarə Heyətinin sədridir. O, 2022-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər