Yekaterinburqda Azərbaycan mədəniyyətinə musiqili baxış

16 aprel, 2025

Yekaterinburqda Azərbaycan mədəniyyətinə musiqili baxış

Rusiyanın Yekaterinburq şəhərində Rusiya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə “Taleyin zəngi” adlı musiqili tamaşa nümayiş olunub.

Ural Dövlət Mədən Universitetində təqdim olunan tamaşa bir telefon zənginin insanın həyatında necə dönüş nöqtəsinə çevrilə biləcəyindən bəhs edir.

Tədbirdə Rusiya və Azərbaycanın ictimai-siyasi xadimləri, o cümlədən yerli Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Azərbaycanın Yekaterinburqdakı baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev, Rusiya Azərbaycanlı Gənclər Birliyinin Sverdlovsk regional bölməsinin rəhbəri Toğrul Həsənzadə və digərləri çıxış edərək bu kimi təşəbbüslərin gənclərin ünsiyyət imkanlarını genişləndirdiyini, xalqların dostluq münasibətlərini və mədəniyyətlərarası dialoqu möhkəmlətdiyini vurğulayıblar.

Tamaşanın təşkilatçısı Mutvalı Şıxlinski Azərbaycan mədəniyyətinin zənginliyinin tamaşaçılara musiqi, rəqs və səhnəciklər vasitəsilə təqdim olunduğunu bildirib.

“Azərbaycan-Ural” Milli-Mədəni Təşkilatının dəstəyi ilə hazırlanan tamaşada ailə, dostluq və sevgi mövzularına da toxunulub.

Rusiya Dövlət Dumasının deputatı Sergey Çepikov gənclərin peşəkar çıxış etdiyini vurğulayaraq tamaşanın Rusiya-Azərbaycan dostluğuna dəyərli töhfə verdiyini deyib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər