Moskvada “Azərbaycanın mühacirət ədəbiyyatı” kitabı nəşr olunub
4 aprel, 2025
Rusiyanın paytaxtı Moskvada “Azərbaycanın mühacirət ədəbiyyatı” kitabı nəşr olunub. Nəşrdə Baninin “Qafqaz günləri” və Qurban Səidin “Əli və Nino” romanlarına yer verilib.
Kitabın tərtibçisi diaspor fəalı, tibb elmləri doktoru, professor Mehman Məmmədovdur. O, son 5 il ərzində Moskvada Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı bir sıra kitablar çap etdirib.
Məhdud sayda çapdan çıxan “Azərbaycanın mühacirət ədəbiyyatı” kitabı Rusiya ilə MDB ölkələrinin kitabxanalarına, ixtisaslaşmış qurumlarına hədiyyə olunacaq.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər