Moskvada “Azərbaycanın mədəniyyət günü” keçirilib
12 avqust, 2024Rusiya paytaxtında “Moskvada yay” (“Лето в Москве”) adlı festival çərçivəsində “Azərbaycanın mədəniyyət günü” keçirilib.
Milli rəqs və musiqilərimizin, Azərbaycana həsr olunmuş rəsm əsərlərinin təqdim olunduğu tədbiri Moskva Vilayəti Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti təşkil edib. Muxtariyyətin sədri Elşən İbrahimov festivalın ölkəmizin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını və bu mühüm tədbirdə Azərbaycan mədəniyyətinin layiqincə təmsil olunduğunu diqqətə çatdırıb.
Moskva Linqvistik Universitetinin rəqs qrupunun çıxışı, Rəna Qafarlının ifa etdiyi “Qavalla rəqs”, Andrey Katkov, Aysel Məmmədova və Vəsilə Məmmədovanın ifasında səsələnən “Mavi əbədiyyət”, “Mənim şəhərim Bakı”, “Dünyanın ən yaxşı şəhəri”, “Zibeydə” mahnıları iştirakçıların zövqünü oxşayıb.
Foto qalereya
Digər xəbərlər