Massaçusets Boston Universitetində Azərbaycanlı Tələbə Təşkilatı yaradılıb
12 oktyabr, 2026
ABŞ-nin Massaçusets ştatında yerləşən Massaçusets Boston Universitetində (UMass Boston) Azərbaycanlı Tələbə Təşkilatı fəaliyyətə başlayıb.
Təşkilat universitetin azərbaycanlı gənclərini bir araya gətirmək, onların həmrəyliyini gücləndirmək və ali təhsil ocağında ölkəmizi layiqincə təmsil etmək məqsədilə yaradılıb.
Təşkilatın əsas fəaliyyət istiqamətlərinə tələbələr arasında əməkdaşlığın inkişaf etdirilməsi, milli-mədəni dəyərlərin təşviqi, Azərbaycanın tarixi, mədəniyyəti və zəngin irsinin ABŞ akademik mühitində tanıdılması daxildir. Eyni zamanda, müxtəlif maarifləndirici, mədəni və sosial tədbirlərin təşkili də nəzərdə tutulur.
Yeni yaradılan birliyin fəaliyyəti Azərbaycanın tələbə diasporunun daha da güclənməsinə və xaricdə təhsil alan gənclərin təşkilatlanmasına dəstək verəcək.
Digər xəbərlər
