Marneulidə MMA üzrə turnir təşkil olunub
26 noyabr, 2026
Gürcüstanın Marneuli şəhərində MMA turniri keçirilib. Yarış Gürcüstan Döyüş Liqasının təşəbbüsü və təşkilatçılığı, Marneuli Meriyasının və Azərbaycan Evinin dəstəyi ilə baş tutub.
Turnirdə 24 çəki dərəcəsi üzrə 12 döyüş baş tutub. Yarışda gürcü idmançılarla yanaşı, Gürcüstanda yaşayan azərbaycanlı döyüşçülər də qüvvələrini sınayaraq yüksək hazırlıq nümayiş etdiriblər.
Gecənin yaddaqalan nəticələrindən biri marneulili idmançı Sənan Xəlilovun qələbəsi olub. O, 70 kiloqram çəki dərəcəsində rəqibini məğlub edərək turnirin çempionu adına layiq görülüb.
Turniri Kvemo-Kartli qubernatorunun müavini Avtandil Tsiriqişvili, Marneuli meri Daur İsmayılov, Azərbaycan Evinin direktoru Məhəbbət İmanov, merin birinci müavini Qiorqi Qodabrelidze, meriyanın struktur bölmələrinin rəhbərləri və bölgənin idman ictimaiyyətinin nümayəndələri izləyiblər.
Foto qalereya
Digər xəbərlər
