Marneulidə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü anılıb
4 aprel, 2025.jpg)
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib.
GAİM-in icraçı direktoru Murad Muradov tədbiri giriş sözü ilə açaraq 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakıda, eləcə də Azərbaycanın digər bölgələrində Bakı Sovetinin və daşnak erməni silahlı dəstələrinin həyata keçirdiyi soyqırımı haqqında geniş məlumat verib. O, bu hadisələrin xalqımızın yaddaşında silinməz izlər buraxan faciə olduğunu vurğulayıb.
Daha sonra soyqırımı hadisələrini əks etdirən sənədli film nümayiş olunub.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər