Londondakı Azərbaycan Evində “Qarabağ” məktəbinin Novruz şənliyi keçirilib
19 mart, 2024
Londonda fəaliyyət göstərən Azərbaycan Evində “Qarabağ” məktəbinin təşkilatçılığı ilə Novruz şənliyi keçirilib. Məktəbin müəllim, şagird və valideynlərinin iştirakı ilə keçirilən tədbirdə Novruz bayramının tarixi, mahiyyəti, rəmzləri və xalqımızın milli adət-ənənələri haqqında qonaqlara ətraflı məlumat verilib.
Tədbir zamanı məktəblilər Novruz bayramına aid şeirlər səsləndirib dahi bəstəkar Üzeyir Hacıbəyovun “Arşın mal alan” filmindən “Qızların Rəqs”ini ifa ediblər. Şənlikdə milli adət-ənənələrimizi əks etdirən oyunlar keçirilib, qaliblərə hədiyyələr verilib.
Şənlikdə xonça, səməni, şəkərbura, paxlava mərasimin yadda qalan bayram atributlarından olub.
Foto qalereya
Digər xəbərlər