Almaniyada yaşayan azərbaycanlı ekspertdən Ursula Fon der Lyayenə açıq məktub

8 aprel, 2024

Almaniyada yaşayan azərbaycanlı ekspertdən Ursula Fon der Lyayenə açıq məktub

Beynəlxalq hüquq üzrə ekspert Asəf Askər, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə 5 aprel tarixində Brüsseldə baş tutan ABŞ, Avropa İttifaqı və Ermənistan arasındakı üçtərəfli görüşlə bağlı açıq məktub göndərib.

Məktubda Ermənistana Avropa İttifaqı və ABŞ tərəfindən ayrılması nəzərdə tutulan 270 milyon avro və 65 milyon ABŞ dolları məbləğindəki yardımların yanlış bir addım olduğu ifadə edilib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın dəfələrlə bir çox bəyanatlarla çıxış etməsinə baxmayaraq onları yerinə yetirmədiyini yazıb. Ekspert Avropa İttifaqı və ABŞ-nin işğalçı Ermənistana yardım göstərməsini tənqid edib, bu davranışın Cənubi Qafqazda sülh və barışığa mane olduğunu bildirib. Bundan əlavə Avropanın bölgədə sülh istəklərinin əksinə Fransanın Ermənistanı silahlandırdığına diqqət çəkib.

Beynəlxalq hüquq üzrə ekspert Asəf Əskər Azərbaycanın bölgədə sülh və əmin-amanlıq üçün lazımi addımlar atdığını, bütün ədalətsizliklərə baxmayaraq öz ərazi bütövlüyünü təkbaşına bərpa etdiyini vurğulayıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər