Cənubi Koreyada “Azərbaycan xalq nağılları” adlı kitab işıq üzü görüb

2 may, 2024

Cənubi Koreyada “Azərbaycan xalq nağılları” adlı kitab işıq üzü görüb

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Cənubi Koreyada “Azərbaycan xalq nağılları” adlı  kitab işıq üzü görüb.

Koreya dilində nəşr olunan kitabın tərtibçiləri Leyla Məsimli və koreyalı yazar Yu Su Jindir. Kitab Koreya İNHA Universitetinin məzunu, fəlsəfə doktoru Leyla Məsimlinin müraciəti əsasında Koreyanın “Dohun” nəşriyyatında çap olunub. Koreyalı yazar Yu Su Jinin kitabın nəşrinə cəlb edilməsində əsas məqsəd  koreyalı oxucuların tələblərinə uyğun olan nağılların seçilməsinə dəstək göstərilməsidir.

Bir neçə Azərbaycan xalq nağılı toplanılan kitab əsasən ibtidai sinif şagirdləri üçün nəzərdə tutulub. 

1300 nüsxə tirajla çapdan çıxan kitab Cənubi Koreyanın ibtidai məktəblərinin kitabxanalarına, Seul və İnçeon şəhərlərinin, Jeju adasının kitabxanalarına və digər aidiyyəti ünvanlara paylanılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər