Kayseridəki Şuşa Azərbaycan Evində “Qarabağ Zəfəri” adlı tədbir keçirilib
10 noyabr, 2024Kayseri şəhərində fəaliyyət göstərən Şuşa Azərbaycan Evində “Qarabağ Zəfəri” adlı tədbir keçirilib.
Tədbirdə ölkəmizin Türkiyədəki səfirliyinin Təhsil Müşaviri Dos. Dr. Nəcibə Nəsibova, Kayseri Universitetinin rektoru, professor Kurtuluş Karamustafa, Erciyes Universitetinin rektoru, professor Fatih Altun, Abdullah Gül Universitetinin rektoru, professor Cengiz Yılmaz, Nuh Naci Yazqan Universitetinin rektoru, professor Ahmet Fazıl Özsoylu, Kayseri şəhər Polis İdarəsinin rəisi Atanur Aydın və digər rəsmi şəxslər, Kayseridə təhsil alan azərbaycanlı tələbələr və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.
Şuşa Azərbaycan Evinin rəhbəri Elşən Qənbərov çıxışında dörd il öncə aparılmış haqq savaşımız barəsində tədbir iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və hərbçilərimizin qəhrəmanlığı sayəsində böyük zəfər əldə olunub. Qardaş Türkiyənin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək sayəsində dünya bir daha Azərbaycan-Türkiyə həmrəyliyinin şahidi olub.
Kayseri şəhərindəki ali təhsil müəssisələrinin rektorları da Zəfər Günü münasibətilə Azərbaycan xalqını və bütün türk dünyasını təbrik edərək, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyiblər.
Tədbirin sonunda xatirə hədiyyələri təqdim olunub.
Bayram tədbiri bədii hissə ilə başa çatıb.
Foto qalereya
Digər xəbərlər