İraqın xəbər saytında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub

23 yanvar, 2025

İraqın xəbər saytında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub

İraqın www.addustor.com xəbər saytında dr. Mutəz Məhi Abd əl-Hamidin "Azərbaycanın Yeni tarixində şanlı şücaət səhifələrindən biri olan Qara 20 Yanvar faciəsi" adlı məqaləsi dərc olunub.

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr edilən məqalədə azadlıq şüarları ilə öz müstəqil, suveren dövlətini qurmaq istəyən dinc, günahsız Azərbaycan xalqına qarşı sovet ordusunun qətliam törətdiyi yazılıb.

Həmin vaxt Moskvada olan Ümummilli Lider Heydər Əliyevin növbəti dəfə Azərbaycan xalqının köməyinə çatması, faciəni törədənləri sərt şəkildə pisləyən bəyanatla çıxışı, günahkarların məhkəmə qarşısında cavab verməsini tələb etməsi Azərbaycan xalqının haqq səsinin bütün dünyaya çatdırılmasında böyük rol oynadığı vurğulanıb.

Tarix boyu torpaqlarının hücuma, işğala, xalqının soyqırımlara məruz qalmasına baxmayaraq, Azərbaycanın daim beynəlxalq arenada sülhsevər siyasət yeritdiyi diqqətə çatdırılıb.

Habelə, 30 ildən çoxdur işğal altında qalan torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində öz gücümüzün, ordumuzun hesabına azad edildiyi qeyd olunub.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərinin xatirəsini daim uca tutduğu, hər il onların anım mərasimlərini dövlət səviyyəsində keçirdiyi bildirilib.

Məqalədə, həmçinin 20 Yanvar faciəsi qurbanlarının "Azərbaycanın müstəqilliyinin məşəlini alovlandıran" ilk şəhidlər olması qeyd edilib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://addustor.com/content.php?id=58253

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər