Gürcüstanın 3 Mart – Analar Günü münasibətilə bayram tədbiri keçirilib

4 mart, 2026

Gürcüstanın 3 Mart – Analar Günü münasibətilə bayram tədbiri keçirilib

Gürcüstanda fəaliyyət göstərən “Rustavi Təhsil və Mədəniyyət Mərkəzi”ndə 3 Mart – Analar Günü münasibətilə bayram tədbiri keçirilib.

Mərkəzin direktoru Raida Dərziyeva anaları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Tədbir mərkəzin gürcü dili müəllimi Tsira Londaridzenin rəhbərliyi ilə gürcü dili kursunun şagirdlərinin təqdimatında bədii hissə ilə davam edib. Şagirdlər gürcü dilində təbriklər səsləndirib, rəqs nömrələri ilə çıxış ediblər. Eyni zamanda, Nodar Dumbadzenin “Mən günəşi görürəm” əsəri əsasında hazırlanan tamaşanı, “Qaynanaların üsyanı” və “Nəsillər bir masa ətrafında” adlı səhnəcikləri nümayiş etdiriblər. Şagirdlərin rəsm əsərlərindən və müxtəlif əl işlərindən ibarət sərgi də maraqla qarşılanıb.

Tədbirin sonunda uşaqlar hazırladıqları hədiyyələri analarına təqdim edərək duyğulu anlar yaşadıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər