Gürcüstan qəzetində “Azərbaycanın mədəniyyət beşiyi Şuşa” sərlövhəli məqalə dərc olunub

26 sentyabr, 2024

Gürcüstan qəzetində “Azərbaycanın mədəniyyət beşiyi Şuşa” sərlövhəli məqalə dərc olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Milli-mədəni irsimizin təbliği” layihəsi çərçivəsində Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində “Azərbaycanın  mədəniyyət beşiyi Şuşa” sərlövhəli məqalə dərc olunub.

Məqalədə XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşanın Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrildiyi diqqətə çatdırılıb. İlk vaxtlarda bu yaşayış məskəninin adının Pənahəli xanın şərəfinə "Pənahabad", bir müddət sonra isə "Şuşa qalası" və "Şuşa şəhəri" olduğu yazılıb.

XIX əsrin sonu - XX əsrin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilən Şuşada dünyanın heç bir yerində bitməyən "Xarı bülbül" yetişdiyi, Qarabağ xanlığının paytaxtı olan Şuşanın "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırıldığı vurğulanıb. Şuşada dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin böyük əməyi sayəsində Azərbaycanda ilk dəfə peşəkar musiqi təhsilinin bünövrəsinin qoyulduğu da qeyd olunub.

Qəzetdə, həmçinin Şuşanın Ermənistan tərəfindən işğalından və 2020-ci ildə Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad olunmasından da bəhs edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixli Sərəncamına əsasən, şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyata qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinə də məqalədə yer verilib.

Məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

საქართველოს-რესპუბლიკა-N107-9787 – Sakartvelos Respublica

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər