“Go Global - 2025” festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

10 iyun, 2025

“Go Global - 2025” festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

İngiltərənin Norviç şəhərindəki Şərqi İngiltərə Universitetində (University of East Anglia) “Go Global - 2025” festivalı keçirilib. Hər il təşkil olunan və müxtəlif xalqların nümayəndələrinin qatıldığı festivalda universitetin tələbə cəmiyyətləri öz milli mədəniyyətlərini nümayiş etdirir. 

Festivalda “Türk və Azərbaycan Tələbə Cəmiyyəti” də iştirak edib. Cəmiyyət üzvlərinin səsləndirdiyi milli musiqilər, ifa olunan Azərbaycan və türk rəqsləri tədbir iştirakçılarının marağı ilə qarşılanıb. Diasporla İş üzrə Dövlət Komitəsinin təmin etdiyi müxtəlif təbliğat materialları nümayiş olunub.

Cəmiyyət mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməklə yanaşı, müxtəlif ölkələrdən olan tələbələrə Azərbaycan və Türkiyənin tarixini, adət-ənənələrini, mədəni dəyərlərini tanıdır, mədəni müxtəlifliyi təşviq edir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər