Fabiana Ceyhan braziliyalı deputatı erməni təəssübkeşliyində ittiham edib

11 may, 2023

Fabiana Ceyhan braziliyalı deputatı erməni təəssübkeşliyində ittiham edib

Braziliyalı deputat, Sosial Liberallar Partiyasının üzvü, erməni diasporunun Braziliyadakı təşəbbüskeşi Gil Diniz Qanunvericilik Assambleyasında çıxışı zamanı Osmanlı impersiyası ilə bağlı tarixi hadisələri şərh edib. 

O, XX əsrin əvvəllərində ermənilərin mütəmadi olaraq türklərin hücumlarına məruz qaldığını bildirib. Deputat türkləri qınamaqla yetinməyib, hətta Azərbaycana da qarşı ittiham irəli sürüb, “Artsax əhalisinin təhlükədə olduğunu” vurğulayıb.  

Deputatın bu fikirlərindən böyük təəssüf hissi keçirən Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti Fabiana Ceyhan qələmə aldığı məqalədə sözügedən hadisənin araşdırılması üçün Türkiyə tərəfinin arxivlərini açmağa hazır olduğunu, Ermənistan tərəfinə də tarixi faktların araşdırılması üçün arxivlərini açmağı təklif etdiyini, lakin sonuncunun bundan imtina etdiyini nəzərə çatdırıb.

Fabiana Ceyhan Türkiyə-Ermənistan münasibətlərində müsbət irəliləyişlər olduğu, regionda sülhün bərqərar olunması üçün Azərbaycanın ciddi addımlar atdığı bir dövrdə deputatın erməni təşəbbüskeşliyinin regionda stabilliyin bərpa olunmasına kölgə sala biləcəyini, ictimaiyyətin fikrini çaşdıra biləcəyini qeyd edib. O, Braziliyanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləməsinin vacib olduğunu da diqqətə çatdırıb. 

Deputatın bu fikirlərinin seçicilərindən xal qazanmaqdan başqa bir şey olmadığını qeyd edən Fabiana Ceyhan tarixi siyasətçilərin yox, tarixçilərin araşdırmalı olduğunu vurğulayıb. 

Məqalələri aşağıdakı linkdən oxuya bilərsiniz: 

https://www.portalr10.com/noticia/113446/armenia-e-azerbaijao-n-fomentar-a-paz-e-nao-criar-conflitos-e-o-papel-do-brasil- 

https://radardigitalbrasilia.com.br/internacional/artigo-de-opiniao-armenia-e-azerbaijao-fomentar-a-paz-e-nao-criar-conflitos-e-o-papel-do-brasil/  

https://omundodiplomatico.com.br/artigo-de-opiniao-armenia-e-azerbaijao-fomentar-a-paz-e-nao-criar-conflitos-e-o-papel-do-brasil/ 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər