Avstriya Azərbaycanlıları Cəmiyyətindən Pasxa bayramı təbriki

25 aprel, 2025

Avstriya Azərbaycanlıları Cəmiyyətindən Pasxa bayramı təbriki

Avstriya Azərbaycanlıları Cəmiyyəti Müqəddəs Pasxa bayramı münasibətilə Avstriya Prezidenti Aleksander Van der Bellenə, Hallayn şəhərinin meri Aleksandr Stanqasiingerə, Zalsburq əyalətinin hökumət başçısı Vielfried Haslauerə, eləcə də Avstriyada fəaliyyət göstərən bir sıra yerli və xarici təşkilatlara təbrik məktubu ünvanlayıb.

Məktubda cəmiyyət adından Avstriya xalqına ən səmimi arzular çatdırılaraq, Pasxa bayramının təcəssüm etdirdiyi ruhi yenilənmə, ümid, birlik və insanlar arasında həmrəylik dəyərləri yüksək qiymətləndirilib.

Pasxanın mədəniyyətlərarası dialoqun, birgəyaşayışın və tolerantlığın prinsiplərini təşviq edən bir bayram olduğu bildirilib.

Avstriyada yaşayan Azərbaycan diasporunun da ölkənin sosial və mədəni həyatına verdiyi töhfələr, müxtəlif sahələrdə əldə etdiyi uğurlar və fəal vətəndaş mövqeyi diqqətə çatdırılıb.

Sonda Azərbaycan və Avstriya xalqları arasında mövcud olan dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndiyi vurğulanıb. Avstriya ictimaiyyəti ilə mədəni əlaqələrin genişləndirilməsi, ölkələrarası inteqrasiyanın dərinləşdirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyi qeyd olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər