Soydaşımızın ABŞ mətbuatında daha bir məqaləsi dərc olunub
25 aprel, 2025
ABŞ-nin Corc Vaşinqton Universitetində təhsil alan soydaşımız Kənan Məmmədovun Beynəlxalq Valyuta Fondunun “Dövlət Maliyyə Menecmenti” (Public Financial Management-PFM) analitik platformasında məqaləsi işıq üzü görüb. Məqalə “İnkişaf etməkdə olan bazarlar çoxşaxəli böhranla üz-üzədir” adlanır.
Məqalədə müəllif inkişaf etməkdə olan bazarların eyni anda bir neçə ciddi iqtisadi risklə üzləşdiyini vurğulayıb. Yüksək borclanma səviyyəsinin, faiz dərəcələrinin artmasının və güclü dolların bu ölkələrin maliyyə sabitliyini təhdid etdiyini bildirib. Soydaşımız məqalədə beynəlxalq maliyyə institutlarının daha çevik və koordinasiyalı dəstək göstərməsinin, eyni zamanda həm milli, həm də qlobal səviyyədə islahatların aparılmasının vacibliyini qeyd edib.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://blog-pfm.imf.org/en/pfmblog/2025/04/emerging-markets-face-a-perfect-storm
Digər xəbərlər