Estoniyada yaşayan soydaşımızın əsərləri Parisdə nümayiş olunub

25 oktyabr, 2024

Estoniyada yaşayan soydaşımızın əsərləri Parisdə nümayiş olunub

Parisdə “Fransa sənət emalatxanaları”nın (“Ateliers d'Art de France”) təşkilatçılığı ilə Beynəlxalq İrs Sərgisi keçirilib. Sərgidə “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Mərkəzinin rəhbəri Rövşən Quliyevin (Rövşən Nur) əsərləri də nümayiş olunub. "Le karusel du Luvr"da (“Le Carrousel du Louvre”) təşkil edilən tədbirə müxtəlif ölkələrdən 20.000 ziyarətçi qatılıb.

Fransadakı “Toğrul Nərimanbəyov” Assosiasiyasının rəhbəri, Parisdəki “Natəvan” həftəsonu məktəbinin müəllimi, “Diaspor fəaliyyətində xidmətə görə” medalına layiq görülmüş Əsmər Nərimanbəyova, incəsənət xadimləri Bavera Əliyeva, Zümrüd Zeynallı, Sahib Əsədli və Raminə Səadətxan da həmin sərgidə iştirak edib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Estoniyanın Tallinn şəhərində fəaliyyət göstərən “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə  mütəmadi olaraq müxtəlif ölkələrdə təsviri sənət sərgiləri keçirilir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər