Azərbaycan Texasda keçirilən beynəlxalq multikultural festivalda təmsil olunub

25 oktyabr, 2024

Azərbaycan Texasda keçirilən beynəlxalq multikultural festivalda təmsil olunub

ABŞ-nin Texas ştatının Plano şəhərində XXI Beynəlxalq Multikultural Festival keçirilib. Ənənəvi təşkil olunan festivalın daimi iştirakçısı Dallas Azərbaycanlıları İcması bu il də ölkəmizi həmin tədbirdə təmsil edib.

Müxtəlif xalqların mədəniyyətlərinin, adət-ənənələrinin və milli mətbəxlərinin təbliği məqsədilə təşkil edilən beynəlxalq festivala Avropa, Asiya və Latın Amerikası ölkələrinin nümayəndələri qatılıblar.

Texas ştatının Dallas şəhərində yaşayan Azərbaycan icmasının fəal üzvü, professor Dürdanə Balakişiyevanın, tanınmış rəqqasə Ləman Hendriksin və digər soydaşlarımızın təşkil etdiyi Azərbaycan guşəsində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, turizm potensialı və adət-ənənələri haqqında kitablar, suvenirlər, milli geyimlər, mətbəx nümunələri təqdim olunub.

Festivalın bədii hissəsində, Beynəlxalq Dəb Şousunda milli geyimlərimizi, Ləman Hendriksin ifasında “Naz eləmə”, “Qaval”, “Yüz biri” rəqslərini iştirakçılar və ziyarətçilər heyranlıqla izləyib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər