Azərbaycan Vaşinqtonda keçirilən Türk Festivalında təmsil olunub

25 oktyabr, 2024

Azərbaycan Vaşinqtonda keçirilən Türk Festivalında təmsil olunub

ABŞ-nin paytaxtı Vaşinqtonda Türkiyənin və digər türkdilli xalqların mədəniyyətinin, musiqisinin, milli rəqslərinin və mətbəxinin təbliği məqsədilə ənənəvi Türk festivalı keçirilib. Festivalın təşkilatçısı Amerika Türk Assosiasiyasıdır.

Virciniya ştatında fəaliyyət göstərən “Baku Delicious” restoranın sahibəsi, Azərbaycan Evinin həmtəsisçisi, diaspor fəalı Sevda Tahirli ölkəmizi həmin tədbirdə təmsil edib.

Virciniya ştatı və ətraf ərazilərdə yaşayan soydaşlarımızın da qatıldığı festivalda Azərbaycan guşəsi yaradılıb, milli mətbəx nümunələrimiz təqdim edilib. Ziyarətçilərə ölkəmizin mədəniyyəti, coğrafiyası haqqında geniş məlumatlar verilib.

Azərbaycanlı gənclərin səsləndirdiyi milli musiqi nümunələrini festival iştirakçıları maraqla qarşılayıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər