Eskişehirdə “İki dövlət, bir zəfər. Qarabağın azadlığı” adlı sərgi açılıb

10 noyabr, 2024

Eskişehirdə “İki dövlət, bir zəfər. Qarabağın azadlığı” adlı sərgi açılıb

Türkiyənin Eskişehir şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı zəfərin 4-cü ildönümü münasibətilə tədbir keçirilib.

“İki dövlət, bir zəfər. Qarabağın azadlığı” adlı tədbirə Eskişehir valisi Hüseyin Aksoy, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Zeynalov, Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, Türkiyənin dövlət qurumlarının yüksək vəzifəli şəxsləri qatılıb.

Tədbir çərçivəsində “İki dövlət, bir zəfər. Qarabağın azadlığı” mövzusunda təşkil olunan sərginin açılışı olub. Sərgidə Qarabağın azadlığı və şanlı Zəfərimizin rəmzlərinin fotoşəkilləri yer alır.

Tədbirlər Eskişehir valiliyi, Azərbaycanın Türkiyədəki səfirliyi, Eskişehir Mədəniyyət və Turizm Müdirliyi, Türk Dünyası Vəqfi və Eskişehir Azərbaycanlılar Dərnəyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər