Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

3 iyul, 2024

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib.

Vətəndaşlar 140 qısa nömrəsinə zəng vurmaqla Komitəyə müraciət edə bilərlər.

“Çağrı mərkəzi” tələblərə uyğun olaraq üç dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərir, bütün mobil operatorlardan birbaşa zəng və Azərbaycan Diasporuna Dəstək Fonduna yönləndirmə təmin olunub.

Qeyd edək ki, “Çağrı mərkəzi” qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər