Diasporla İş üzrə Dövlət Komitəsi “Qlobal təhsildən milli inkişafa” sərgisində təmsil olunub

5 mart, 2026

Diasporla İş üzrə Dövlət Komitəsi “Qlobal təhsildən milli inkişafa” sərgisində təmsil olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ADA Universitetində "Qlobal təhsildən milli inkişafa" adlı karyera sərgisi keçirilib.

Sərgi "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan məzunların müxtəlif dövlət qurumları və təşkilatlarla əlaqələrinin gücləndirilməsi, peşəkar bacarıqlarını ölkənin inkişafına yönəltmək və əmək bazarına inteqrasiyasını dəstəkləmək məqsədi daşıyıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi də sərgidə təmsil olunub.  Sərgi iştirakçılarına komitənin fəaliyyət istiqamətləri, karyera imkanları barədə məlumat verilib, diaspor sahəsində dövlət siyasətindən, xaricdə yaşayan Azərbaycan icmaları ilə əməkdaşlıq imkanlarından, görülən işlərdən, həyata keçirilən layihələrdən bəhs edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər