Danimarkada azərbaycanlı musiqiçinin tələbələrinin konserti keçirilib
3 dekabr, 2024Azərbaycanlı musiqiçi, piano müəllimi, Danimarka – Azərbaycan Gənclər Cəmiyyətinin və “Kulturviften” axşam məktəbinin musiqi koordinatoru Kəmalə Hüseynovanın tələbələrinin 2024-cü il üçün yekun konsert proqramı keçirilib. Tədbir Danimarka – Azərbaycan Gənclər Cəmiyyətinin sədri Kərim Elhanın və Kəmalə Hüseynovanın təşkilatçılığı ilə Kopenhagendə yerləşən Mədəniyyət Mərkəzinin (“Valby Kulturhus”) teatr salonunda baş tutub.
Konsertdə Kəmalə Hüseynovanın tələbələri klassik musiqilərlə yanaşı, dünya xalqlarının, o cümlədən Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.
Azərbaycanlı musiqiçi Kəmalə Hüseynova təşkilati dəstəyə, Danimarka və Azərbaycan arasında mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə “Kulturviften”ə və Kopenhagen Bələdiyyəsinə təşəkkürünü bildirib.
Foto qalereya
Digər xəbərlər