Soydaşımız qlobal forumda iştirak edib
2 dekabr, 2024ABŞ-nin Pensilvaniya Universitetinin tələbəsi və “Rainergy” layihəsinin təsisçisi Reyhan Camalova Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən nüfuzlu Misk Qlobal Forumunda iştirak edib. Forumda “Gənclərdən, gənclər üçün” mövzusu altında iştirakçılar öz layihələrini təqdim ediblər.
Hər il Misk Fondu tərəfindən təşkil edilən və regionun ən böyük gənclər forumu sayılan bu tədbir dünyanın hər yerindən gənc liderləri, yenilikçiləri və sahibkarları bir yerə toplayan platformadır.
Soydaşımız forumun ilk günündə “Yaşıl böyümə: dayanıqlı mədəniyyətlərin toxumlarını səpmək” adlı paneldə çıxış edərək “Rainergy” layihəsinin inkişaf yolu haqqında məlumat verib.
Tədbirdə Bill Qeyts, Stiv Voznyak kimi tanınmış şəxslər çıxış edib və süni intellekt, kosmos innovasiyaları, dayanıqlılıq və qlobal sağlamlıq sahələrində maarifləndirici müzakirələr aparılıb.
Qeyd edək ki, Reyhan Camalova Pensilvaniya Universitetində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Klubunun İdarə Heyətinin üzvüdür, həmçinin cari ilin avqust ayında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən Amerika Azərbaycan Gənclər Forumunun iştirakçısı olub.
Foto qalereya
Digər xəbərlər