Çexiyada Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş futbol turniri keçirilib
4 dekabr, 2024Çexiyanın Praqa şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Land of Fire” cəmiyyəti və Çexiya Futbol Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş Xarı Bülbül Beynəlxalq Futbol Turniri keçirilib.
Futbol turniri ilə bağlı “Land of Fire” təşkilatının sədri Fərid Əmirəliyev “Azərbaycan Televiziya və Radio Verilişləri”nin (AzTV) “Hədəf” verilişinə ətraflı məlumat verib.
Turnirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Ukrayna, Moldova, Çexiya və digər Avropa ölkələrini təmsil edən komandalar yarışıb.
Finalda azərbaycanlılardan ibarət “Charles United” və ukraynalılardan ibarət “Dubove” komandası qarşı-qarşıya gəlib. Hər iki komandanın oyunçuları “Biz müharibə yox, sülh istəyirik” şüarı yazılan lövhələrlə oyun meydançasına daxil olublar.
Final qarşılaşması “Dubove” komandasının qalibiyyəti ilə başa çatıb. Qalib komanda üçün mükafat təqdim olunub.
Foto qalereya
Digər xəbərlər