Bolqarıstanda Xocalı soyqırımı ilə bağlı videoçarxlar nümayiş olunub

3 mart, 2025

Bolqarıstanda Xocalı soyqırımı ilə bağlı videoçarxlar nümayiş olunub

Azərbaycanın Bolqarıstandakı Səfirliyində Azərbaycan diasporu və səfirlik əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, diaspor üzvləri Sabir Quliyev və Nərgiz Əhmədova Xocalıda baş vermiş faciəli soyqırımı hadisələrini haqqında iştirakçıları ətraflı məlumatlandırıb.

Çıxışlarda Xocalının Ermənistanın işğalından azad olunduqdan sonra Prezident İlham Əliyevin oraya səfərlərinə, sakinlərlə görüşlərinə diqqət çəkilib. Xocalıda insanların rahat həyat və fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığı, doğma yurdlarına qayıdan soydaşlarımızın təhlükəsiz yaşaması, onların məşğulluğunun təmini, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və bərpası istiqamətində mühüm işlər görüldüyü qeyd edilib.

Daha sonra Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı hazırladığı videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər