Bolnisidə “Ana dilimiz – varlığımızdır!” mövzusunda inşa müsabiqəsi keçirilib

10 iyun, 2025

Bolnisidə “Ana dilimiz – varlığımızdır!” mövzusunda inşa müsabiqəsi keçirilib

Gürcüstandakı “İmirhəsən Gənclər və Təhsil Mərkəzi”ndə mərhum türkoloq və dilçi alim, akademik Mədəd Çobanovun xatirəsinə həsr olunan “Ana dilimiz – varlığımızdır!” mövzusunda ikinci inşa yazı müsabiqəsinin Bolnisi turu baş tutub.

Öncə Mədəd Çobanovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin rəhbəri Rezo Həsənov ana dilimizin öyrənilməsinin və qorunmasının vacibliyindən danışıb.

Şagirdlər "Ana dilimiz - varlığımızdır!", "Türk ədəbi dilləri arasında Azərbaycan dilinin yeri", "Azərbaycan - Gürcü mədəni əlaqələrində Mədəd Çobanovun rolu" və digər mövzularda inşalar yazaraq öz bilik və bacarıqlarını göstəriblər.

Müsabiqədə Bolnisi kəndlərinin azərbaycandilli məktəblərindən qatılan 56 şagirddən 20-si Marneulidə keçiriləcək yekun tura vəsiqə qazanıb.

Tədbirdə müəllimlər və digər ziyalılar akademikin Azərbaycan dilinin inkişafındakı rolundan və bu cür müsabiqələrin gənclərdə dil sevgisinin formalaşmasındakı əhəmiyyətindən bəhs ediblər.

Sonda Mədəd Çobanovun kitabları, eləcə də ona həsr olunan nəşrlər tədbir iştirakçılarına hədiyyə edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər