Balıkesirdə Xocalı qurbanları anılıb
4 mart, 2026
Türkiyənin Balıkesir Universitetində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Xocalı soyqırımını əks etdirən fotolardan ibarət sərgiyə baxışdan sonra tədbir açıq elan olunub.
Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulu Nərminə Mustafayeva, Balıkesir Universitetinin rektoru, professor Yücel Oğurlu və Azərbaycanlı Tələbələr Təşkilatının nümayəndəsi Mövlan Ahmet çıxış ediblər. Onlar Xocalı faciəsinin unudulmamasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.
Çıxışlarda, həmçinin iki ölkə arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinə də toxunulub.
Foto qalereya
Digər xəbərlər
