Azərbaycan Qazaxıstanda keçirilən festivalda təmsil olunub

21 oktyabr, 2024

Azərbaycan Qazaxıstanda keçirilən festivalda təmsil olunub

Qazaxıstanın Türküstan vilayətində müxtəlif millətlərin mədəniyyətlərinin təmsil edildiyi festival keçirilib.

Açılış mərasimində Qazaxıstanın dövlət rəsmilərinin də iştirak etdiyi festivala müxtəlif millətlərə məxsus 11 diaspor təşkilatı qatılıb. Azərbaycanı Qazaxıstanda fəaliyyət göstərən "Qarabağ" Azərbaycan Etnomədəni Birliyi təmsil edib və ikinci yeri tutub. Birliyin rəhbəri Ramilə Mustafayeva yerli kanallara müsahibə verib və Azərbaycan mədəniyyətindən bəhs edib.

Qeyd edək ki, "Qarabağ" Azərbaycan Etnomədəni Birliyi ötən günlərdə Türküstanda Azərbaycan mədəniyyəti günü təşkil edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər