Aberdində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

21 oktyabr, 2024

Aberdində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

Şotlandiyanın Aberdin Universitetində fəaliyyət göstərən Aberdin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunan maarifləndirici ikihissəli tədbir keçirilib.

Cəmiyyətin rəhbəri İbrahim Xasiyev, katibi Tamerlan Ağayev və sosial şəbəkə meneceri Emiliya Gözəlovanın təşkilatçısı olduğu tədbirdə 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə (“Azerbaijan Restoration of Indepedence Day”) həsr olunan təqdimat keçirilib. Təqdimatda azərbaycanlı və əcnəbi tələbələrə ölkəmizin müstəqillik tarixi haqqında geniş məlumat verilib.

Tədbirin ikinci hissəsində tələbələr arasında  “breyn rinq” intellektual oyunu təşkil olunub. Azərbaycanın tarixi haqqında biliklərin qiymətləndirilməsi məqsədilə keçirilən oyunda  tələbələr ölkəmiz haqqında yeni və maraqlı faktlar öyrənib. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər