Azərbaycan Litvada beynəlxalq festivalda təmsil olunub

3 sentyabr, 2024

Azərbaycan Litvada beynəlxalq festivalda təmsil olunub

Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən beynəlxalq festivalda Azərbaycan təmsil olunub. Tədbir Litvanın, xüsusilə Vilnüsün multikultural dəyərlərini tərənnüm etmək, müxtəlif icmaları, onların mədəniyyətlərini tanıtdırmaq məqsədi ilə keçirilib.

Festivalda 4000-dən çox insan iştirak edib. Festival Vilnüs şəhər bələdiyyəsinin merinin açılış nitqi ilə başlayıb.

Litvada yaşayan aktiv icma üzvlərimizin təşəbbüsü ilə festivalda Azərbaycan stendi qurulub və ölkəmizlə bağlı intellektual yarış keçirilib.

Qonaqlara Azərbaycan çayı, milli şirniyyatlarımız və şərablarımız təqdim olunub. Milli mətbəximizin təamları yerli və xarici qonaqların diqqətini cəlb edib, xüsusilə Azərbaycan çayı böyük rəğbət görüb. Bununla yanaşı, qonaqlara Azərbaycan milli geyimlərində şəkil çəkdirmək üçün şərait yaradılıb. Bu hal iştirakçılar tərəfindən xoş qarşılanıb.

Baltikyanı ölkələr üzrə Koordinasiya şurasının Litva üzrə koordinatoru Nərmin Əliyeva tərəfindən "Quiz with Narmin" adlı intellektual oyun keçirilib. Festivalın əsas hissəsində 2 saata yaxın müddətdə baş tutan oyunda 20-dən çox komanda iştirak edib. İntellektual oyunda vətənimizə aid suallar təqdim olunub, dilimiz və mədəniyyətimiz haqqında iştirakçılara ətraflı məlumat verilib.  

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər