Azərbaycan diasporunun fəalının oğlu Almaniyada bələdiyyə sədri seçilib
14 iyun, 2024.jpeg)
Almaniyanın Maynz şəhərində yaşayan, Sosial Demokrat Partiyasından (SPD) namizədliyi irəli sürülən, əslən Türkiyənin Hatay vilayətindən olan Alper Kömür Maynzın Lerxenberq (Lerchenberg) rayonunun bələdiyyə sədri seçilib.
Maynz şəhərinin tarixində ilk dəfə türk əsilli vətəndaş bələdiyyə sədri olub. 58,8% səs toplayan Alper Kömür Xristian Demokrat Partiyasından (CDU) Andreas Mixaleviçi üstələyib.
Qeyd edək ki, Alper Kömür Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, Hatay Azərbaycan Evi Dərnəyinin sədri, Azərbaycan diasporunun fəalı Başar Kömürün oğludur.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər