Azərbaycan diasporu Qazaxıstanda yardım kampaniyasında iştirak edir

15 aprel, 2024

Azərbaycan diasporu Qazaxıstanda yardım kampaniyasında iştirak edir

Qazaxıstanda baş vermiş daşqınlarla mübarizədə Azərbaycan diasporunun nümayəndələri birlik və həmrəylik nümayiş etdirib.  

Azərbaycan diaspor təşkilatları tərəfindən vəziyyətin kəskin olduğu Atırau, Aktobe, Akmola, Kostanay, Şərqi Qazaxıstan, Şimali Qazaxıstan və Pavlodar vilayətlərində təxliyə olunan insanlar üçün yardım kampaniyasına aparılıb.

Kostanay, Aktau, Atırau, Almatı, Türküstan və s. vilayətlərdə yaşayan azərbaycanlılar  fəlakət bölgəsinə yardım toplamaq üçün səfərbər olublar. Əsasən isti geyimlər, yataq dəstləri və zəruri qidalardan ibarət yardımlar ehtiyacı olanlara göndərilib.  

Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, ayrı-ayrı diaspor nümayəndələri, o cümlədən Mehdi Məmmədov, Şəmsəddin Hüseynov, Qəhrəman Sadıyev, Ramilə Mustafayeva, Tağı Tağıyev, Süleyman Əhmədov,  Eldar Əhmədov, Qərib Qəribov, Mahir Rzayev yardım kampaniyasında yaxından iştirak ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər