Qazaxıstanın Tarix və Diyarşünaslıq muzeyində Azərbaycan guşəsi yaradılıb

2 may, 2024

Qazaxıstanın Tarix və Diyarşünaslıq muzeyində Azərbaycan guşəsi yaradılıb

Qazaxıstanın Şimkənd şəhərində yerləşən Tarix və Diyarşünaslıq muzeyində “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşəbbüsü ilə yaradılmış Azərbaycan guşəsinin açılışı baş tutub.

Tədbirdə Azərbaycan diasporunun, o cümlədən müxtəlif xalqların nümayəndələri iştirak edib. Guşədə sərgilənən, xalqımızın zəngin mədəniyyətinin, adət-ənənələrinin göstəricisi olan milli geyimlər, musiqi alətləri, suvenirlər, rəsm əsərləri və digər eksponatlar ziyarətçilərin diqqətini cəlb edib.

Şimkənddə fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva tədbir çərçivəsində Qazaxıstanın “Ayqak TV” kanalına müsahibə verib. O, Azərbaycan guşəsinin yaradılmasının əhəmiyyətindən danışıb, bu guşənin xalqımızın milli-mədəni irsinin qorunması və təbliğinə böyük töhfə verəcəyini bildirib.  

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər