Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin tələbələri beynəlxalq gimnastika festivalına qatılıb

2 may, 2024

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin tələbələri beynəlxalq  gimnastika festivalına qatılıb

27-28 aprel tarixində Tbilisi şəhərində 4-cü beynəlxalq “Tbilisi Gymnaestrada” festivalı keçirilib. Gürcüstanın müxtəlif bölgələrindən və Azərbaycandan ümumilikdə 900-dən çox gimnastın iştirak etdiyi festivala Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin gimnastika kursunun təlimçisi İnessa Rodinanın da tələbələri qatılıb. 11 gimnastdan ibarət komanda festivalda iştiraka və qrup şəklində uğurlu çıxışa  görə medallarla təltif olunub.

Qeyd edək ki, GAİM-in gimnastika kursu 2019-cu ildən fəaliyyət göstərir. İlk dəfə olaraq 2023-cü ilin dekabr ayında Rustavi şəhərinin Kvemo-Kartli bölgəsində keçirilən yarışda mərkəzin tələbələri qrup rəqsində 1-ci yerin sahibi olub.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər