Avstraliyanın ilk Azərbaycan musiqi qrupu Sidneydə konsert verib

16 aprel, 2025

Avstraliyanın ilk Azərbaycan musiqi qrupu Sidneydə konsert verib

Avstraliya İttifaqında fəaliyyət göstərən ilk Azərbaycan musiqi qrupu olan “AYTAY”ın Sidney şəhərində konserti keçirilib.

Konsertdə Azərbaycanın bəstəkar musiqilərindən ibarət ifalar və Əməkdar artist Sevinc Hüseynlinin ifasında rəqslər nümayiş olunub.

Tədbirdə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Vaqif Cəfərov, Sidney, Kanberra, Melburn və Brisben şəhərlərindən diaspor nümayəndələri qatılıblar.

Qeyd edək ki, Avstraliyada AYTAY musiqi qrupunun əsası 2017-ci ildə güneyli soydaşımız Aslan Şərifi tərəfindən qoyulub. 2024-cü ildən başlayaraq qrupun Brisben və Melburn şəhərlərində konsertləri keçirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər