Avropanın müxtəlif ölkələrində Xocalı soyqırımı guşələri yaradılıb
28 fevral, 2025.jpeg)
Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan Evlərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım guşələri yaradılıb.
Avstriyanın Zalsburq, Polşanın Varşava və Krakov, Fransanın Tuluz, Almaniyanın Maqdeburq şəhərlərində fəaliyyət göstərən Azərbaycan evlərində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ehtiramla anım guşələri yaradılıb. Xocalı faciəsi haqqında bukletlər və digər çap məhsulları, dəhşətli soyqırımını əks etdirən fotolar yerləşdirilib, guşənin önünə güllər düzülüb, şamlar yandırılıb. Xocalı qətliamı zamanı həlak olmuş günahsız insanların, qadın və uşaqların əziz xatirəsi dərin ehtiramla yad edilib.
Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.
Foto qalereya
Digər xəbərlər