Amerika – Azərbaycan Gənclərinin Forumu çərçivəsində “Breyn Rinq” keçirilib

3 sentyabr, 2024

Amerika – Azərbaycan Gənclərinin Forumu çərçivəsində “Breyn Rinq” keçirilib

ABŞ-nin paytaxtı Vaşinqtonda təşkil olunan Amerika – Azərbaycan Gənclərinin Forumunun iştirakçıları arasında “Breyn Rinq” intellektual oyunu keçirilib.

Şimali Kaliforniyada yaşayan diaspor fəalları Nurlan Şükürlü və Ülvi Verdiyevin təşkilatçılığı ilə baş tutan yarış qonaqlar tərəfindən maraqla qarşılanıb.

Oyunda 8 komanda iştirak edib. Suallar Azərbaycan dilində tərtib olunub və Azərbaycan mədəniyyətinə, tarixinə, adət-ənənələrinə, eləcə də dünya mədəniyyətinə aid olub.

Gərgin keçən final görüşün sonunda "Azərbaycan Xanımları" komandası “South-East" komandasına qalib gəlib.

Qaliblər medallar və kubokla təltif ediliblər.

Forumun ikinci günündə iştirakçılar Vaşinqtonun tarixi yerlərində ekskursiyada olublar.

ABŞ-nin 21 ştat və şəhərində təhsil alan və yaşayan azərbaycanlı gənclər Ağ Evi, tarixi Kapitol Hilli, ABŞ-nin 16-cı prezidenti Abraham Linkolnun şərəfinə ucaldılan Linkoln Memorialını və ABŞ-nin 3-cü prezidenti Tomas Cefersonun Memorialını ziyarət edib, xatirə şəkli çəkdiriblər.

Forum iştirakçıları tədbirin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan – Amerika Təşkilatları Alyansına təşəkkürlərini bildiriblər.  

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər