Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu keçiriləcək
5 sentyabr, 202414 sentyabr 2024-cü il tarixində Bonn şəhərindəki məşhur Kameha Grand Bonn adlı oteldə Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu keçiriləcək. Bu mühüm tədbirin təşkilində məqsəd Almaniyadakı azərbaycanlı həkimlər və tibb tələbələri arasında peşəkar bilik və təcrübə mübadiləsi, onların şəbəkələşməsi, iki ölkənin tibb sahəsində əməkdaşlığının inkişafı, ümumən Azərbaycan ilə Almaniya arasında əlaqələrin möhkəmləndirilməsidir.
Bu forumda öz sferalarında aktual mövzuları müzakirə etmək məqsədilə Almaniyanın 79 müxtəlif şəhərindən həkimlər, tibbin müxtəlif sahələrində fəaliyyət göstərən ekspertlər bir araya gələcəkdir. Tədbir Azərbaycan həkimlərinin Almaniya səhiyyəsinə verdiyi töhfəni tanıtmaq üçün unikal imkan yaradacaqdır.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 5 may 2022-ci il tarixində Köln şəhərində, II Forumu 18 noyabr 2023-cü ildə Berlin şəhərində təşkil edilib. III Forum Almaniyanın Bonn şəhərində keçiriləcək.
Qeyd edək ki, Almaniyada Azərbaycanlı Həkimlərin III Forumu yerli mətbuatın da diqqətini cəlb edib və geniş işıqlandırılıb:
https://www.presseportal.de/pm/176095/5856847
https://mein-berlin.net/berlin-aktuell/iii-forum-der-aserbaidschanischen-aerzte-vernetzung-in-bonn/
https://headtopics.com/de/iii-forum-der-aserbaidschanischen-arzte-in-deutschland-58398377
https://www.extremnews.com/berichte/vermischtes/c4f519b5ce6f94d
Foto qalereya
Digər xəbərlər